​"Qəbələ"nin rəqibinin oyunçusu: "Hədəfimiz qrup mərhələsidir"

​"Qəbələ"nin rəqibinin oyunçusu: "Hədəfimiz qrup mərhələsidir" Yasmin Handanoviç "Qəbələ" ilə oyundan danışıb
Futbol
8 Avqust , 2016 13:53
​Qəbələnin rəqibinin oyunçusu: Hədəfimiz qrup mərhələsidir

Bakı. 8 avqust. REPORT.AZ/ "Bizim komandanın hədəfi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır". 

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi -Sloveniyanın Maribor klubunun qapıçısı Yasmin Handanoviç deyib.

38 yaşlı əlcək sahib "Qəbələ" ilə oyun haqda da danışıb: "Qəbələ" maddi baxımdan Azərbaycanın yaxşı təşkilatlanmış komandasıdır. Hələ qarşıda ölkə çempionatında iki oyunumuz var. Bu gün isə "Lyublyana" ilə derbi matçına çıxacağıq. Bu oyunlar bitdikdən sonra Avropa Liqası haqda düşünəcəyik. "Aberdin"lə oyun geridə qaldı. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Qeyd edək ki, "Qəbələ" və "Maribor" komandaları arasında ilk oyun avqustun 18-də Bakıda, cavab görüşü isə bir həftə sonra Sloveniyada keçiriləcək. Cütün qalibi Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi