Yuxarı

​"Qəbələ"nin rəqibi Dmitar Berbatovu heyətinə cəlb edib

PAOK bolqar hücumçunun transferini yekunlaşdırmaq üzrədir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasında Azərbaycanın "Qəbələ" klubu ilə eyni qrupda yer alan PAOK (Yunanıstan) heyətinə daha bir futbolçu cəlb edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bolqarıstan millisinin məşhur futbolçusu Dmitar Berbatovun transferini yekunlaşdırmaq üzrədir.

34 yaşlı bolqar hücumçu karyerası ərzində 635 oyuna 274 qol vurub. O, "Bayer Leverkuzen", "Tottenhem", "Mançester Yunayted" və "Fulhem" kimi klubların şərəfini qoruyub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi