"Qəbələ"nin legioneri Toqo milli komandasına dəvət alıb

"Qəbələ"nin legioneri Toqo milli komandasına dəvət alıb Atakora "Keşlə"nin yarımmüdafiəçisinə qarşı çıxış edəcək
Futbol
8 Oktyabr , 2018 16:46
Qəbələnin legioneri Toqo milli komandasına dəvət alıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Lalavele Atakora Toqo milli komandasına dəvət alıb. 

Klubdan "Report"a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Qambiya ilə oyunlar üçün yığmaya çağırılıb. 

Qambiyanın heyətində isə "Keşlə"nin yarımmüdafiəçisi Ebrima Sohna komandaya dəvət alan futbolçular sırasındadır. 

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə oktyabrın 16-da keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşdürür. 

Son xəbərlər

Orphus sistemi