Voislav Stankoviç: “Obradoviçin Azərbaycan millisi ilə müsbət nəticə qazanacağına inanıram"

Voislav Stankoviç: “Obradoviçin Azərbaycan millisi ilə müsbət nəticə qazanacağına inanıram" AFFA müxtəlif mütəxəssislər arasında seçim edərək, onu bura gətirib
Futbol
14 Yanvar , 2019 11:00
Voislav Stankoviç: “Obradoviçin Azərbaycan millisi ilə müsbət nəticə qazanacağına inanıram

Bakı. 14 yanvar. REPORT.AZ/ “Obradoviçlə “Partizan”da birgə oynamışıq. Futbolçu kimi çox yaxşı idi, müdafiənin mərkəzində və cinahda çıxış edirdi”.

Bunu “Report”a “Qəbələ” klubunun serbiyalı müdafiəçisi Voislav Stankoviç həmyerlisi Milan Obradoviçin Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə baş məşqçi təyinatına münasibət bildirərkən deyib. Əyalət təmsilçisinin mərkəz müdafiəçisi deyib ki, 42 yaşlı mütəxəssisin yeni vəzifədə müsbət nəticələr əldə edəcəyinə inanır: “Obradoviçin işlərinin baş məşqçi kimi də yaxşı alınacağını düşünürəm. İnanıram ki, Azərbaycanın gənclər yığması ilə müsbət nəticələr qazanacaq. Onu daha çox futbolçu kimi tanıyıram. Hazırda isə gənc mütəxəssisdir. Nəticə qazana bilsə, baş məşqçi kimi də səviyyəsi yüksələcək. AFFA müxtəlif mütəxəssislər arasından seçim edərək, onu bura gətirib. Yaxşı olacağını fikirləşirəm. Azərbaycanda perspektivili futbolçular var. Onun komandanı formalaşdırmaq üçün düzgün seçimlər edəcəyini düşünürəm. Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Voislav Stankoviçlə Milan Obradoviç Serbiya “Partizan”ında 2013/2014 mövsümündə komanda yoldaşı olublar. Əcnəbi mütəxəssis Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib. O, hazırda “Sabah”da çıxış edən hücumçu Marko Deviçlə Ukraynanın “Metallist” komandasında da birgə oynayıb.

Son xəbərlər

Orphus sistemi