"Qəbələ"nin keçmiş futbolçusu Rusiya klubu ilə müqavilə bağlayıb

"Qəbələ"nin keçmiş futbolçusu Rusiya klubu ilə müqavilə bağlayıb Mixail Sivakov Perm komandasına "Orenburq"dan keçib
Futbol
17 İyun , 2017 10:25
Qəbələnin keçmiş futbolçusu Rusiya klubu ilə müqavilə bağlayıb

Bakı. 17 iyun. REPORT.AZ/ "Qəbələ" klubunun keçmiş futbolçusu Mixail Sivakov özünə yeni komanda tapıb. "Report"un məlumatına görə, Belarus yığmasının müdafiəçisi  karyerasını Rusiya Premyer Liqasında mübarizə aparan "Amkar"da davam etdirəcək. 

29 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanılıb. O, Perm komandasına "Orenburq"dan keçib. 

Qeyd edək ki, Mixail Sivakov "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Mərkəz müdafiəçisi 12 oyunda forma geyinib. 

Son xəbərlər

Orphus sistemi