Roman Qriqorçuk bəyəndiyi baş məşqçilərin adlarını açıqlayıb

Roman Qriqorçuk bəyəndiyi baş məşqçilərin adlarını açıqlayıb Roman Qriqorçuk Klaudio Ranyeri və Leonardo Jardimi fərqləndirib
Futbol
29 Mart , 2017 09:58
Roman Qriqorçuk bəyəndiyi baş məşqçilərin adlarını açıqlayıb

Bakı. 29 mart. REPORT.AZ/ "Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk bəyəndiyi müasir baş məşqçilərin adlarını açıqlayıb. "Report"un məlumatına görə, ukraynalı mütəxəssis ortabab klublarla yüksək nəticələr göstərən mütəxəssislərin işini daha çox bəyəndiyini vurğulayıb.

O bildirib ki, İngiltərə "Lester"indən istefaya göndərilmiş Klaudio Ranyeri və hazırda Fransa "Monako"suna rəhbərlik edən Leonardo Jardimlə ünsiyyətdə olmağa həvəslə hazırdır: "Mən onları kofe içməyə dəvət edərdim. Ranyeri "Lester"lə möcüzə yaradaraq, İngiltərə çempionu oldu. Jardim isə "Mançester Siti" kimi komandanı Çempionlar Liqasında mübarizədən kənarlaşdırdı".

Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ" ilə son 2 mövsümdə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi