Yuxarı

"Qəbələ"nin baş məşqçisi: "İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq"

"Qəbələ"nin baş məşqçisi: "İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq"

“Kimə qarşı oynaycağımızın fərqində idik. Rəqiblə son matçlarımızı analiz etmişdik”.

“Report” xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”ı evdə 1:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra deyib.

39 yaşlı mütəxəssis bildirib ki, cavab matçı daha çətin olacaq: “Bu birinci görüş idi. İkinci matçda daha güclü “Qarabağ”a qarşı oynayacağıq. Futbolçularla söhbətimiz olmuşdu. Əvvəlki səhvlərimizdən danışmışdıq. Belə söhbətlərdən sonra oyunçuda uduzmamaq həvəsi yaranır. Sağ olsunlar, həmin səhvləri etmədilər. Çemionatda da sıx qrafikimiz var. Elə də geniş heyətimiz yoxdur. Çalışdıq ki, bəzi futbolçuları qoruyaq. Cavid Hüseynovun ehtiyatda qalması bununla bağlıdır”.

Qeyd edək ki, cavab oyunu mayın 1-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi