"Qəbələ"nin baş məşqçisi futbolçulara toplanışa ailələrini gətirmələri üçün icazə verib

"Qəbələ"nin baş məşqçisi futbolçulara toplanışa ailələrini gətirmələri üçün icazə verib "Futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?"
Futbol
13 Fevral , 2018 15:56
Qəbələnin baş məşqçisi futbolçulara toplanışa ailələrini gətirmələri üçün icazə verib

Bakı. 13 fevral. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın futbolçularına təlim-məşq toplanışlarına ailələri ilə birgə qatılmaları üçün icazə verib.

"Report"un məlumatına görə, bu barədə "Futbol 1"ə ukraynalı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, toplanış oyuna hazırlıq yox, məşq prosesidir. Bu səbəbdən, ailələri oyunçulara mane yox, kömək edirlər: "Futbolçuların oyunlardan əvvəl bazada olmaları başqa məsələdir. Bu halda onların matça köklənmələri lazımdır. Bu zaman onların diqqətini heç nə yayındırmamalıdır. Məşq prosesində isə futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?!".

52 yaşlı mütəxəssisin fikrincə, ailələri futbolçulara özlərini təlimlər zamanı daha yaxşı hiss etməkdə yardımçı ola bilərlər.

"Qəbələ"nin futbolçusu Vitali Vernidub isə bildirib ki, oğlu ilə birgə keçirdiyi vaxt bərpa olunmağa istənilən prosedurdan daha yaxşı kömək edir: “Təlim-məşq toplanışına ailələrimizlə birgə gəlməyə icazə verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Oğlumla oynamaq bərpa olunmağım üçün istənilən masajdan və hovuzdan daha çox faydalı olur”.

Qeyd edək ki, hazırda "Qəbələ" Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" ölkə kubokunun yarımfinalında "Neftçi" ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi