UEFA "Qəbələ"nin Avropa Liqasındakı rəqibinin əsas qapıçısına 3 oyunluq cəza verib - VİDEO

UEFA "Qəbələ"nin Avropa Liqasındakı rəqibinin əsas qapıçısına 3 oyunluq cəza verib - VİDEO Stefan Ruffye Azərbaycan klubu ilə ev oyununu da buraxacaq
Futbol
2 Sentyabr , 2016 11:17
UEFA Qəbələnin Avropa Liqasındakı rəqibinin əsas qapıçısına 3 oyunluq cəza verib - VİDEO

Bakı. 2 sentyabr. REPORT.AZ/ Fransanın "Sent-Etyen" klubunun qapıçısı Stefan Ruffye 3 oyunluq cəzalandırılıb. "Report"un məlumatına görə, bu barədə UEFA Nizam-İntizam Komitəsi qərar qəbul edib.

Ruffye Avropa Liqasının "pley-off" mərhələsində İsrailin "Beytar" komandası ilə cavab oyunu zamanı rəqib futbolçu İtay Şexteri qəsdən vurub. 30 yaşlı qolkiper 44-cü dəqiqədə baş vermiş insidentlə əlaqədar birbaşa qırmızı vərəqə alıb. 

O, sentyabrın 14-də Almaniyanın "Maynts", sentyabrın 29-da Belçikanın "Anderlext" klubları ilə yanaşı, oktyabrın 20-də "Qəbələ" ilə oyunu da buraxmalı olacaq. "Sent-Etyen" bu qarşılaşmalardan birincisini səfərdə, qalanlarını evdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi