"Qəbələ" - "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma olub - VİDEO

"Qəbələ" - "Neftçi" matçında azarkeşlər arasında qarşıdurma olub - VİDEO Bakı. 20 oktyabr. REPORT.AZ/ Qəbələ və Neftçi azarkeşləri iki komanda arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.
Futbol
20 Oktyabr , 2018 18:45
Qəbələ - Neftçi matçında azarkeşlər arasında qarşıdurma olub - VİDEO

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qəbələ" və "Neftçi" azarkeşləri iki komanda arasındakı futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçında münaqişəyə giriblər.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionundakı insident matçın 70-ci dəqiqəsində baş verib. Qonşu perpendikulyar sektorlarda olan fanatların qarşılıqlı söz atışmaları ilə müşayiət olunan insident sonradan daha da böyüyüb. Nəticədə tərəflər bir-birilərinə yandırıcı pirotexniki maddələr atıblar. Olaya polislər müdaxilə edib.

Toqquşma aradan qaldırılsa da, tərəflərin söz atışmaları sonradan da davam edib.

Bundan az əvvəl isə "Neftçi"nin kapitanı Emin Mahmudovla "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə arasında insident baş verib. Referi Rəhim Həsənov Azərbaycan millisinin hər iki futbolçusuna sarı vərəqə göstərib. Sonradan Xəlilzadə simulyasiyaya yol verməsi səbəbindən daha bir sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.

 Qeyd edək ki, azlıqda olmasına baxmayaraq, "Qəbələ" böyük hesabla öndədir - 3:0.

Son xəbərlər

Orphus sistemi