Yuxarı

"Qəbələ" - MTK matçının biletləri satışa çıxarılıb

Ən ucuz bilet 1 manatadır

Bakı. 18 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qəbələ" və Macarıstanın MTK komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, biletləri bu gündən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 21-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi