Yuxarı
    Bağlamaq

    "Qəbələ" - "Maynts" oyununun biletləri satışa çıxarılıb

    Biletlər Tofiq Bəhramov adına Respublika stadionu və Bakcell Arenanın kassalarında satılır

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" ilə Almaniya "Maynts"ı arasında Bakıda keçiriləcək oyunun biletləri satışa çıxarılıb. 

    "Report"un məlumatına görə, biletləri bu gündən Tofiq Bəhramov adına Respublika stadionunun və oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarından almaq mümkündür.

    Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

    Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi