"Qəbələ" - "Lill" matçında anşlaq olacaq

"Qəbələ" - "Lill" matçında anşlaq olacaq Biletlərin hamısı satılıb
Futbol
4 Avqust , 2016 16:52
Qəbələ - Lill matçında anşlaq olacaq

Bakı. 4 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında bu gün "Qəbələ" və Fransanın "Lill" komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin cavab görüşündə anşlaq olacaq. 

"Report"un "qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun üçün satışa çıxarılmış 8200 biletin hamısı satılıb.

Biletlərin qurtardığını bildirən klub azarkeşlərlə birgə oyuna tam hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Lill" matçı saat 21:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi