​"Qəbələ" - "Krasnodar" matçının biletləri satışa çıxarılıb

​"Qəbələ" - "Krasnodar" matçının biletləri satışa çıxarılıb Biletlərin qiyməti 2, 5 və 10 manatdır
Futbol
7 Dekabr , 2015 12:20
​Qəbələ - Krasnodar matçının biletləri satışa çıxarılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Krasnodar" (Rusiya) oyununun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, biletləri bu gün saat 12:00-dan etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır. Satışa 8 500 bilet çıxarılıb.

Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi