"Qəbələ" komandasının Avstriya toplanışındakı növbəti rəqibləri müəyyənləşib

"Qəbələ" komandasının Avstriya toplanışındakı növbəti rəqibləri müəyyənləşib Milli komandaların düşərgəsindəki futbolçular da hazırlıq prosesinə qoşulub
Futbol
17 İyun , 2017 14:53
Qəbələ komandasının Avstriya toplanışındakı növbəti rəqibləri müəyyənləşib

Bakı. 17 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol komandası “Stubay Cup”da qüvvəsini sınayacaq. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqiblər yerli "Vakker" və Bolqarıstan MOİK-i olacaq. 

Oyunlar iyunun 18-də Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Komandalar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcəklər.

Qeyd edək ki, Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşən hazırlıq prosesinə milli komandanın düşərgəsindən qayıdan futbolçular da qoşulublar. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, ispaniyalı yeni legioner Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

Son xəbərlər

Orphus sistemi