Roman Qriqorçuk: "Top-komandada işləməyə hazıram"

Roman Qriqorçuk: "Top-komandada işləməyə hazıram" Hazırda Qazaxıstan Astanasına rəhbərlik edən Qəbələ klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk top-komandada işləməyə hazırdır.
Futbol
9 Yanvar , 2020 10:25
Roman Qriqorçuk: Top-komandada işləməyə hazıram

Hazırda Qazaxıstan "Astana"sına rəhbərlik edən "Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk top-komandada işləməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə ukraynalı mütəxəssisin özü "TaToTake" internet kanalına müsahibəsində açıqlama verib. 

"İndiyədək top-komandada işləməmişəm. Lakin düşünürəm ki, artıq buna hazıram və 100 faiz əminəm" deyən Qriqorçukun fikrincə, istənilən top-komandanın iki keyfiyyətli hücumçusu olmalıdır: "Belə hücumçuları olmayan klubu top-komanda hesab etməzdim və klub prezidentinə nəticəyə nail ola bilməyəcəyimizi deyərdim". 

Təcrübəli mütəxəssis Kiyev "Dinamo"suna rəhbərlik etmə şanslarından da danışıb: "Elə bir ukraynalı məşqçi tapmazsan ki, bu klubda çalışmaqdan imtina etsin. Gördüyüm qədərilə "Dinamo"nun böyük potensialı var. Klubun getdiyi yol gənc ukraynalı futbolçuları daha yüksək səviyyəyə çatdırmaqdır. Bu yolu perspektivli görürəm. Amma düşünmürəm ki, yalnız gənclər hesabına yüksək nəticələrə nail olmaq mümkündür".

Qeyd edək ki, 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olan Roman Qriqorçuk ardıcıl iki dəfə (2015/2016, 2016/2017) mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi