"Qəbələ" klubu Yunanıstana yollanıb

"Qəbələ" klubu Yunanıstana yollanıb Ermin Zets: "Qələbə qazanmaq üçün oynayacaq, sonadək mübarizə aparacağıq
Futbol
25 Noyabr , 2015 10:13
Qəbələ klubu Yunanıstana yollanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində Yunanıstanda PAOK-un qonağı olacaq "Qəbələ" klubu səfərə yollanıb. "Report"un əməkdaşının verdiyi məlumata görə, komanda üzvlərini Salonikiyə çarter reysi ilə aparan AZAL-a məxsus təyyarə havaya qalxıb. 

Səfərə yollanan futbolçular arasında müqavilə üzrə PAOK-a məxsus, amma icarə əsasında "Qəbələ"də çıxış edən Fakundo Pereyra da var. Argentinalı hücumçu iki klub arasındakı razılığa əsasən, meydana çıxmayacaq. 

"Qəbələ"nin digər hücumçusu Ermin Zets isə zədəsini sağaltdığı üçün oyuna yollananlar arasında yer alıb. Bosniya və herseqovinalı futbolçu jurnalistlərə açıqlamasında oyunun ağır olacağını bildirib. Lakin o, sonadək mübarizə aparacaqlarını bildirib: "Biz Bakıdakı ilk oyunda göstərdik ki, nəyə qadirik. Həmin matçda qolsuz heç-heçə qeydə alınsa da, xarakter nümayiş etdirmişdik. Bu oyunda da yaxşı şansımız var. Qələbə qazanmaq üçün oynayacaq, sona kimi mübarizə aparacağıq". 

Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı yerli vaxtla oktyabrın 26-da saat 22:05-də (Bakı vaxtı ilə 27 oktyabr saat 00:05-də) başlanacaq. 4 turdan sonra meydan sahiblərinin 3, qonaq komandanın 1 xalı var. Hazırda sonuncu pillədə olan "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün təkcə PAOK-u deyil, son turda Bakıda "Krasnodar"ı da yenməli, eyni zamanda sabah Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya təmsilçisi ilə görüşdə xal itirməməlidir.    

Son xəbərlər

Orphus sistemi