Yuxarı
    Bağlamaq

    "Qəbələ" klubu yeni hücumçu transfer edib - RƏSMİ

    Bakı. 11 yanvar. REPORT.AZ/ 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib. 

    "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

    Son klubu “Saburtalo” olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni” (2016) komandalarında çıxış edib. O, 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.

    Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi