Yuxarı

​"Qəbələ" klubu Vüqar Nadirovu transfer edib

Futbolçu ilə 2015-ci ilin sonunadək anlaşma əldə olunub

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubu heyətinə daha bir futbolçu qatıb. "Report" klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Azərbaycan millisinin futbolçusu Vüqar Nadirovu heyətinə cəlb edib.

Hücumçu ilə 2015-ci ilin sonunadək razılıq əldə olunub.

28 yaşlı hücumçu karyerası ərzində "Qarabağ" (2001-2005, 2009-2015), "Xəzər Lənkəran" (2005-2008) "Masallı" (2008) və "Karvan"da (2008-2009) çıxış edib. V.Nadirov Azərbaycan milli komandasının heyətində 61 oyuna çıxıb və 4 qol vurub.

Qeyd edək ki, Vüqar Nadirov son olaraq "Xəzər Lənkəran" klubu ilə anlaşıb. Lakin FİFA-nın cənublulara tətbiq etdiyi transfer qadağası səbəbindən keçid baş tutmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi