Yuxarı

"Qəbələ" klubu UEFA-nın ayırdığı pulu əməliyyata ehtiyacı olan şəxsə bağışlayıb

“Qəbələ” İdman Klubu UEFA-nın “Həmrəylik proqramı” çərçivəsində ayırdığı 500 avronu xeyriyyəçiliyə sərf edib.

“Report”un məlumatına görə, həmin vəsait “Qəbələ”nin U-15 komandasının üzvü Nuğay Rəşidovun atası, təcili böyrək transplantasiyası əməliyyatı keçirməli olan Yaşar Rəşidova verilib.

Qeyd edək ki, UEFA müxtəlif ölkələrindən olan gənc futbolçulara sosial məsuliyyət anlayışı aşılamaq məqsədi ilə bu cür simvolik ödəmələr həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi