Yuxarı
    Bağlamaq

    "Qəbələ" klubu Ronaldinyonun Bakıya səfəri ilə bağlı açıqlama yayıb

    Bakıda Ronaldinho Soccer Academy açılacaq

    Bakı. 20 oktyabr. REPORT.AZ/ “Qəbələ” klubu növbəti layihəsini braziliyalı futbolçu Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. 

    "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz "Qəbələ" klubunun dəstəyilə Bakıda açılacaq.

    Altı yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

    Eyni zamanda, Azərbaycan regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

    Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo stadionun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi