Yuxarı

​"Qəbələ" klubu Liberiya millisinin futbolçusu ilə müqavilə bağlayıb

Teo Luis Uiks Kiprin “Ermis” klubunun üzvü

Bakı. 14 iyun. REPORT.AZ/ 2016-2017-ci illər mövsümünün hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiə xətti Liberiya yığmasının futbolçusu Teo Luis Uiks ilə gücləndirilib.

Kiprin “Ermis” klubunun üzvü olan orta sahə oyunçusu icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək. 26 yaşlı futbolçu 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 matç keçirib, 1 qol vurub. Klub karyerasına vətənində başlayan Teo 2007-ci ildə “Vatanqa”da çıxış edib. Sonradan 5 il Türkiyədə legioner həyatı yaşayan liberiyalı “Ankaraspor” (indiki “Osmanlıspor”, 2008-2010), “Ankaragücü” (2009-2010 icarə əsasında, 2010-2012), “Çaykur Rizəspor” (2011 icarə əsasında) və “Göztəpə” (2012-2013) klublarının formasını geyinib. O, Superliqada 50 oyunda 1 qol vurub, 1-ci liqada 46 matça çıxıb. 2013-cü ildə Portuqaliyanın “Maritimo” klubuna keçən Teo 2 il bu komandanın uğurları üçün çalışıb. Uiks bu komandada 35 matçda 5 qola sevinib. Ötən ilin yayında “Ermis”ə transfer olunan yarımmüdafiəçi Kipr çempionatında 27 oyunda 2 qol vurub.

Qeyd edəkk ki, “Qəbələ” Teo Luis Uiksədək xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilə imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi