Yuxarı

​"Qəbələ" klubu Kamran Ağayevlə yollarını ayırıb

Müqavilə qarşılıqlı razılaşma əsasında pozulub

Bakı. 1 fevral. REPORT.AZ/ “Qəbələ” futbol klubu qapıçı Kamran Ağayevlə yollarını ayırıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kamran Ağayev 2014-cü ilin əvvəlində “qırmızı-qara”ların heyətinə cəlb olunub. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi