Bakı. 1 fevral. REPORT.AZ/ “Qəbələ” futbol klubu qapıçı Kamran Ağayevlə yollarını ayırıb.
"Report" klubun saytına istinadən xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kamran Ağayev 2014-cü ilin əvvəlində “qırmızı-qara”ların heyətinə cəlb olunub. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub.