​"Qəbələ" klubu jurnalistin ölümündə adı hallanan Elşən İsmayılovla bağlı bəyanat yayıb

​"Qəbələ" klubu jurnalistin ölümündə adı hallanan Elşən İsmayılovla bağlı bəyanat yayıb "O, cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb"
Futbol
10 Avqust , 2015 14:45
​Qəbələ klubu jurnalistin ölümündə adı hallanan Elşən İsmayılovla bağlı bəyanat yayıb

Bakı. 10 avqust. REPORT.AZ/ "Qəbələ" futbol klubu jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar həbs olunduğu bildirilən Elşən İsmayılovla bağlı bəyanat yayıb. "Report"un məlumatına görə, bəyanatda bildirilir:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan Elşən İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi".

Qeyd edək ki, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan Elşən İsmayılov Cavid Hüseynovun bibisi oğludur.

Son xəbərlər

Orphus sistemi