Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" klubu Cavid Hüseynovla bağlı daha bir açıqlama yayıb

    Klub iştirak ərizəsinin futbolçunun həbsindən öncə göndərildiyini bildirib

    Bakı. 12 avqust. REPORT.AZ/ "Qəbələ" klubu futbolçu Cavid Hüseynovun adının Avropa Liqasının "play-off" mərhələsində keçiriləcək Yunanıstan "Panatinaikos"u ilə görüşün iştirak ərizəsinə daxil edilməsi ilə bağlı açıqlama yayıb. "Report"un məlumatına görə, klub açıqlamada məsələyə aydınlıq gətirib.

    Açıqlamada deyilir: "Qəbələ" İdman Klubunun UEFA Avropa Liqasının "play-off" mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib".

    Qeyd edək ki, Cavid Hüseynov haqqında jurnalist Rasim Əliyevin döyülməsi və sonradan xəstəxanada dünyasını dəyişməsi ilə bağlı aparılan araşdırmalar nəticəsində 3 ay həbs qətimkan tədbiri seçilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi