Yuxarı

"Qəbələ" isveçli futbolçu transfer etmək istəyir

Qarşı tərəf futbolçu üçün daha çox məbləğ tələb edib

Bakı. 31 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" isveçli futbolçu transfer etmək niyyətindədir. "Report"un İsveç mətbuatına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" "Erebru"də çıxış edən Erik Martin Broberqi heyətinə cəlb etmək istəyir.

Klub 26 yaşlı yarımmüdafiəçi üçün təklif göndərsə də, qarşı tərəf şərtlərlə razılaşmayıb. "Erebru" Broberq üçün ikiqat artıq məbləğ - 2-3 milyon kron (təqribən 250000 - 350000 dollar) istəyib. İdman direktoru Maqnus Skoldmark danışıqların detallarını açıqlamaqdan imtina edib. 

Qeyd edək ki, Erik Martin Broberq 2015-ci ilin yayından "Erebru"da forma geyinir. O, ötən mövsüm 15 oyuna 10 qol vurub. Lakin bu mövsümün ilk turunda zədə alan Broberq iki həftə öncə yaşıl meydanlara qayıdıb və bu il ilk qolunu vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi