"Qəbələ" Futbol Akademiyasının sabiq direktoru "Feyenoord" klubuna qayıdıb

"Qəbələ" Futbol Akademiyasının sabiq direktoru "Feyenoord" klubuna qayıdıb Bakı. 28 dekabr. REPORT.AZ/ Qəbələ Futbol Akademiyasının sabiq direktoru Stenli Brardın yeni iş yeri müəyyənləşib.
Futbol
28 Dekabr , 2018 13:03
Qəbələ Futbol Akademiyasının sabiq direktoru Feyenoord klubuna qayıdıb

Bakı. 28 dekabr. REPORT.AZ/ "Qəbələ" Futbol Akademiyasının sabiq direktoru Stenli Brardın yeni iş yeri müəyyənləşib.

"Report" "Vi.nl" saytına istinadən xəbər verir ki, 60 yaşlı hollandiyalı sabiq futbolçu ölkəsinin "Feyenoord" klubuna geri dönüb. O, Rotterdam təmsilçisində akademiyanın rəhbəri olacaq. Brard bu postda Riçard Qrutşolteni əvəzləyib. Hollandiyalı mütəxəssis son olaraq Yaponiyanın "Naqoya Qrampus" klubunun idman direktoru olub.

Qeyd edək ki, Stenli Brard 2013-cu ilin aprelindən 2015-ci ilin dekabrına qədər "Qəbələ" Futbol Akademiyasının direktoru vəzifəsində çalışıb. O, 2005 - 2013 illərdə də "Feyenoord" Futbol Akademiyasının direktoru olub. Sabiq cinah müdafiəçisi peşəkar futbolçu karyerasına da bu klubda başlayıb. 

Son xəbərlər

Orphus sistemi