"Qəbələ"dən ayrılan baş məşqçi seleksiya işində səhvlərə yol verdiyini boynuna alıb

"Qəbələ"dən ayrılan baş məşqçi seleksiya işində səhvlərə yol verdiyini boynuna alıb Bakı. 1 iyun. REPORT.AZ/ “Astana”nın baş məşqçisi təyin olunan Roman Qriqorçuk iyunun 5-də Qazaxıstan və Azərbaycan yığmaları arasında baş tutacaq yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.
Futbol
1 İyun , 2018 15:13
Qəbələdən ayrılan baş məşqçi seleksiya işində səhvlərə yol verdiyini boynuna alıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Astana”nın baş məşqçisi təyin olunan Roman Qriqorçuk iyunun 5-də Qazaxıstan və Azərbaycan yığmaları arasında baş tutacaq yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.

“Report” Vesti.kz saytına istinadən xəbər verir ki, ötən həftə 3,5 il müddətinə tutduğu “Qəbələ”nin baş məşqçisi postunu tərk edən 53 yaşlı ukraynalı mütəxəssis matça proqnoz verməkdə çətinlik çəkdiyini söyləyib: “Proqnoz verməkdə yaxşı deyiləm. Yığma barədə soruşmağın mənası yoxdur, nəticəni nadir hallarda tapıram. Maraqlı oyun olacaq, mütləq baxacağam. Mənim üçün vacib və faydalı oyundur. Azərbaycanın bütün futbolçularını tanıyıram. Amma Qazaxıstan yığmasını tam bilmirəm. Müqayisə üçün faydalı qarşılaşma olacaq”.

R.Qriqorçuk etiraf edib ki, əvvəl çalışdığı yerlərdə seleksiya işində səhvlərə yol verib: “Komandanın üç mövqedə güclənməsinə ehtiyac var. Ancaq hansılar olduğunu söyləməyəcəyəm. Rəhbərliklə bu istiqamətdə işləyəcəyik. Yalnız maksimum təminat verilən oyunçuları götürəcəyik. Tərəddüd edəcəyimiz yeni futbolçunu götürməyin mənası yoxdur. Mənim əvvələr seleksiya səhvlərim olub - futbolçuları asanlıqla buraxırdım və ümid edirdim ki, yenisini də asan tapacağam. Bir daha buna yol verməyəcəyəm. Komandanı gücləndirəcək oyunçular axtaracağıq”.

Qeyd edək ki, “Astana”nın 10 futbolçusu Qazaxıstan millisinə dəvət alıb.

Son xəbərlər

Orphus sistemi