Yuxarı
    Bağlamaq

    "Qəbələ" braziliyalı futbolçusu ilə yollarını ayırıb

    Markinyoşun yarımillik karyerası başa çatıb

    Bakı. 26 yanvar. REPORT.AZ/ "Qəbələ” İdman Klubu yarımmüdafiəçi Markinyoş Karioka ilə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2014-2015 mövsümünün startından "qırmızı-qara” formanı geyinən futbolçunun yarımillik karyerası başa çatıb.

    2014-cü ilin yayında transfer olunan 23 yaşlı braziliyalı legioner mövsümün ilk yarısında 13 oyun keçirib. Ötən il avqustun 23-də Topaz Premyer Liqasının III turunun "Bakı” ilə oyununda (2:0) "Qəbələ” formasında debüt edən Markinyoş 12 çempionat oyununda 700 dəqiqə meydanda olub, 1 qol və 1 sarı vərəqə ilə diqqət çəkib. O, XII turun noyabrın 20-də keçirilən AZAL-la oyununda (3:3) yeganə qolunu vurub. Braziliyalı futbolçu 55 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub. Dekabrın 18-də "Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) isə Markinyoşun "Qəbələ”də son matçı olub.

    "Qəbələ” İdman Klubu Markinyoş Kariokaya "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi