"Qəbələ" bosniyalı hücumçu ilə müqavilə bağlayıb

"Qəbələ" bosniyalı hücumçu ilə müqavilə bağlayıb Ermin Zetsin son klubu "Balıkəsirspor" olub
Futbol
27 İyul , 2015 16:33
Qəbələ bosniyalı hücumçu ilə müqavilə bağlayıb

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. "Report"un məlumatına görə, bosniya və herseqovinalı hücumçu Ermin Zetslə 1+1 illik müqavilə imzalanıb. 

27 yaşlı oyunçu “Qəbələ”yədək vətənində “İskra” (Buqoyno, 2006-2007), Xorvatiyada “Sibenik” (2007-2010) və "Riyeka" (2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. O, Bosniya və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Zets yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub.

Qeyd edək ki, "Qəbələ" daha öncə 11 futbolçu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviç və Vadim Abdullayevi heyətinə qatıb. "Qırmızı-qaralar" hazırda Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi oyunlara hazırlaşır. Görüşlər iyulun 30-da və avqustun 6-da olacaq. 

Son xəbərlər

Orphus sistemi