Bakı. 3 avqust. REPORT.AZ/ "Qəbələ" komandasının Kipr "Apollon"u ilə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa biletlər satışa çıxarılıb. Klubdan "Report"a verilən məlumata görə, biletlər artıq "Bakcell Arena"nın kassalarında satışdadır.
Onlar sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat və 10 manatadır.
Qeyd edək ki, avqustun 6-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Apollon" matçı saat 21:00-da başlanacaq. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.