"Qəbələ" "Anderlext"lə oyunöncəsi son məşqinə çıxıb

"Qəbələ" "Anderlext"lə oyunöncəsi son məşqinə çıxıb Məşq prosesi "Bakcell Arena" stadionunda baş tutub
Futbol
24 Noyabr , 2016 00:40
Qəbələ Anderlextlə oyunöncəsi son məşqinə çıxıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda Belçikanın "Anderlext" klubunu qəbul edəcək "Qəbələ" son məşqinə çıxıb.

"Report" xəbər verir ki, məşq prosesi oyunun keçiriləcəyi "Bakcell Arena" stadionunda baş tutub.

"Qəbələ" qrupda son ev oyununa çıxacaq. Roman Qriqorçukun komandası bunadək nəinki qələbə, heç xal da qazanmayıb. Keçirdiyi 4 qarşılaşmanın hamısında meydanı məğlub tərk edən "qırmızı-qaralar" ardıcıl 2-ci mövsümdür çıxış etdiyi qrupda hələ ki qalib gəlməyib. Ötən mövsüm qazanılan 2 xal PAOK-la qolsuz bərabərliklər sayəsində mümkün olub.

24 noyabr

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)

Baş hakim: Levgeni Aranovskyi

Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk

Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko

Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)

Hakim-inspektor: İqor Satkii (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. "Bakcell Arena" stadionu

Son xəbərlər

Orphus sistemi