Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" Fransada "Lill" klubu ilə heç-heçə edib - VİDEO

    Matç 1:1 hesabı ilə başa çatıb

    Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

    "Report" xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qəbələ" səfərdə Fransanın "Lill" klubunun qonağıdır.

    Oyunda birinci hissə başa çatıb. İlk hissədən sonra Azərbaycan klubu 1:0 hesabı ilə rəqibini məğlub edir. Matçda yeganə qolu Vitali Vernidub vurub.

    Qarşılaşmanın ikinci hissəsi ev sahiblərinin hücumları ilə başlayıb. Və artıq 47-ci dəqiqədə "Lill" Rayan Mendesin baş zərbəsindən sonra hesabda bərabərlik yarada bilib və oyun bu hesabla da başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi