Qazaxıstan yığmasının futbolçuları Azərbaycanla oyun barədə danışıblar

Qazaxıstan yığmasının futbolçuları Azərbaycanla oyun barədə danışıblar Nenad Eriç: "Maraqlı matçın olacağını gözləməyə dəyər"
Futbol
1 İyun , 2018 10:55
Qazaxıstan yığmasının futbolçuları Azərbaycanla oyun barədə danışıblar

Bakı. 1 iyun. REPORT.AZ/ “Astana Arena”da baş tutacaq görüşdə azarkeşlərimiz önündə yaxşı futbol sərgiləmək və Azərbaycan millisinə qalib gəlmək istəyirik”.

“Report”un sports.kz saytına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan yığmasının futbolçusu Yevgeni Postnikov Azərbaycan millisi ilə iyunun 5-də Astanada keçirəcəkləri görüş haqqında danışarkən deyib.

“Astana” klubunun formasını geyinən 32 yaşlı müdafiəçi bildirib ki, əsas məsələ “Kaysar”a 2:0 hesabı ilə qalib gəldikləri çempionat oyunudan sonra bərpa olunmaqdır: “Ardından yığmanın matçına hazırlaşacağıq”.

“Astana”nın və Qazaxıstan yığmasının qapıçısı Nenad Eriç isə deyib ki, Azərbaycan millisi keyfiyyətli futbol nümayiş etdirir: “Kaysar"a qalib gəlməyimiz yaxşı oldu. İndi yaxşı əhval-ruhiyyə ilə yığmaya gedirik. Azərbaycan millisi yaxşı komandadır, keyfiyyətli futbol sərgiləyir. Ona görə də maraqlı matçın olacağını gözləməyə dəyər”.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi