Qazaxıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün hazırlıq planı müəyyənləşib

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün hazırlıq planı müəyyənləşib 35 futbolçudan 23-ü yığmaya götürüləcək
Futbol
18 May , 2018 13:52
Qazaxıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün hazırlıq planı müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Qazaxıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün hazırlıq planı müəyyənləşib.

“Report” KazFootball.kz saytına istinadən xəbər verir ki, Stanimir Stoilovun baş məşqçi olduğu kollektiv iyunun 1-də Astanada bir araya gələcək. Ayın 6-dək davam edəcək hazırlıq prosesi üçün 35 futbolçunun yer aldığı geniş heyət tərtib olunub. Lakin yığmaya onlardan yalnız 23-ü götürüləcək.

Qeyd edək ki, Qazaxıstan və Azərbaycan milliləri arasındakı oyun iyunun 5-də Astanada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qarşılaşma hər iki kollektiv üçün UEFA Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi