Qazaxıstan klubu UEFA reytinqində unikal rekord müəyyənləşdirib

Qazaxıstan klubu UEFA reytinqində unikal rekord müəyyənləşdirib Bakı. 22 dekabr. REPORT.AZ/ Qazaxıstan Astanası son 3 ildə UEFA-nın klub reytinqində 385 pillə irəliləyib.
Futbol
22 Dekabr , 2017 00:25
Qazaxıstan klubu UEFA reytinqində unikal rekord müəyyənləşdirib

Bakı. 22 dekabr. REPORT.AZ/ Qazaxıstan "Astana"sı son 3 ildə UEFA-nın klub reytinqində 385 pillə irəliləyib.

"Report"un məlumatına görə, hazırda paytaxt təmsilçisi 67-ci pillədə qərarlaşıb.

Halbuki klub 3 il əvvəl 452-ci yerdə idi. "Astana"nın belə irəliləyişə nail olması Avropada yeni rekorddur. Qazaxıstan klubu ölkə tarixində ilk dəfə Avropa Liqasının 1/16 finalına vəsiqəni təmin edib.

Qeyd edək ki, "Astana" növbəti mərhələdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək. Bu klub 2015-2016 mövsümündə Çempionlar Liqasının, 2016-2017 mövsümündə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Son xəbərlər

Orphus sistemi