Yuxarı

Qazaxıstan 2026-cı il dünya çempionatına namizədliyini verəcək

Yerlan Kojaqapanov: Hazırda ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparılır

Bakı. 31 mart. REPORT.AZ/ Qazaxıstan futbol üzrə 2028-ci il dünya çempionatına namizədliyini irəli sürmək niyyətindədir. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyasının prezidenti Yerlan Kojaqapanov "Sport-Ekspress"ə müsahibəsində açıqlama verib.

O, hazırda ölkə rəhbərliyi ilə məsləhətləşmələr apardıqlarını və öz imkanlarını analiz etdiklərini bildirib: "İqtisadiyyatımız aktiv yüksəlişdə, ölkəmiz inkişafdadır. Ona görə niyə də yox? Biz 2022-ci ildə Qış Olimpiya Oyunları keçirmək istəyirik. Gələcək planlarımızda isə DÇ-2026 uğrunda mübarizə durur".

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyasının fəxri prezidenti ölkə rəhbəri Nursultan Nazarbayevdir. Yerlan Kojaqapanov isə federasiya prezidenti vəzifəsində 2014-cü ilin sonlarında Adilbek Caksıbekovu əvəzləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi