Qazaxda Azərbaycan polisinin 100 illiyi münasibətilə mini-futbol turniri keçirilib

Qazaxda Azərbaycan polisinin 100 illiyi münasibətilə mini-futbol turniri keçirilib Qazax. 26 iyun. REPORT.AZ/ Qazax rayonunda Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə mini-futbol turniri keçirilib.
Futbol
26 İyun , 2018 18:53
Qazaxda Azərbaycan polisinin 100 illiyi münasibətilə mini-futbol turniri keçirilib

Qazax. 26 iyun. REPORT.AZ/ Qazax rayonunda Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə mini-futbol turniri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində Azərbaycan Polisinin 100 illiyinə həsr olunan mini-futbol turniri təşkil olunub.

Turniri giriş sözü ilə açan Qazax RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev çıxışında Azərbaycan polisinin böyük nailiyyətlərindən, xidməti uğurlarından və ən əsası dövlətimizin və xalqımızın ona bəslədiyi yüksək etimaddan bəhs edib. O, ölkədə sabitliyin əldə edilməsində, cinayətkarlıqla mübarizədə daxili işlər orqanlarının müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Rayon polis şöbəsi komandasının da iştirak etdiyi yarışda şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarını təmsil edən 5 komanda qələbə uğrunda mübarizə aparıb. Komandalar arasında qazandıqları qələbələrlə ən çox xal toplayan Qazax RPŞ-nin əməkdaşları birinci yerə layiq görülüblər.

Sonda turnir iştirakçılarına mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi