Yuxarı

​Qazax məşqçi: Play-off-da Azərbaycan yığması ilə düşmək istəməzdik

Bu komanda texnikalı və kombinasiyalı futbol sərgiləyir

Bakı. 22 mart. REPORT.AZ/ "Çexiya və ya Azərbaycan ilə düşmək istəməzdk. Bu komandalar digər rəqiblərdən daha güclüdürlər".

"Report" "Vesti.kz"a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstanın Qaraqanda klubu "Tulpar"ın baş məşqçisi Əmircan Mukanov bildirib.

Xatırladaq ki, futzal üzrə Avropa çempionatı - 2016-nın seçmə mərhələsinin 7-ci qrupunun oyunları Rumıniyada keçirilib. Qazaxıstan yığması qrupda ikinci yeri tutaraq növbəti play-off mərhələsinə vəsiqə qazanıb.

Əmircan Mukanovun fikrincə, Qazaxıstan komandası play-off mərhələsində istənilən yığmaya qalib gəlmək iqtidarındadır.

"Əminəm ki, komandamızın növbəti mərhələyə keçmək üçün bütün şansları var. Orada, əlbəttə ki, hər şey püşkün nəticələrindən, kimin kim ilə düşəcəyindən asılı olacaq. Biz Çexiya və ya Azərbaycanla düşmək istəməzdik.Bu komandalar digər rəqiblərdən daha güclüdürlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan qısa müddət ərzində daha hansısa futbolçuları milliləşdirə və daha da güclü ola bilər. Bu komanda texnikalı və kombinasiyalı futbol sərgiləyir. Heyətində usta futbolçular var. Çexiya təcrübəli, əzmkar komandadır. Qalanları nisbətən zəifdir", - deyə Mukanov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi