Yuxarı

​"Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsi üçün mübarizə aparacaq

Qarabağ Bakıda, Qəbələ Yunanıstanda meydana çıxacaq

Bakı. 27 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın "Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasının pley-off mərhələsində cavab görüşlərini keçirəcəklər. "Report"un məlumatına görə, "Qarabağ" Bakıda, "Qəbələ" isə Yunanıstanda qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.

Ağdam təmsilçisi ilə İsveçrə "Yanq Boyz"u arasındakı görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Azərbaycan təmsilçisi səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyindən cavab görüşünə üstün tərəf olaraq çıxacaq. Qurban Qurbanovun komandası "Yanq Boyz" səddini keçəcəyi təqdirdə tarixində 2-ci dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Avropa Liqasının pley-off mərhələsinə yüksəlməklə klub tarixində ilkə imza atan "Qəbələ" isə Yunanıstanda "Panatinaikos"un qonağı olacaq. "Qəbələ" Afina şəhərində keçiriləcək qarşılaşmadan ən azı qollu heç-heçə ilə ayrılarsa, Avroliqanın qrupuna qazanılan vəsiqəni bayram edə biləcək. Matçın əsas vaxtı ərzində qapılara qol vurulmasa, qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılacaq.

Avropa Liqası. Pley-off mərhələsi. Cavab görüşü

21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 1:0

Baş hakim: Gediminas Majeyka

Yan xətt hakimləri: Vitautas Simkus, Vitenis Kazlauskas

Dördüncü hakim: Sergey Sliva (hamısı Litva)

UEFA Hakim-inspektoru: Miroslav Vitkoviç (Xorvatiya)

UEFA nümayəndəsi: Stirbyörn Oskarsson (Finlandiya)

23:00. "Panatinaikos” (Yunanıstan) – "Qəbələ” (Azərbaycan)

İlk oyun – 0:0

Baş hakim: İvan Krujilak (Slovakiya)

Yan xətt hakimləri: Tomas Somolani, Tomas Mokoş

Ehtiyat hakim: Peter Kraloviç (hamısı Slovakiya)

Hakim-inspektor: Manuel Mexuto Qonzales (İspaniya)

UEFA nümayəndəsi: Volfqanq Tiyerixter (Avstriya)

Afina. Apostolos Nikolaidis stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi