Yuxarı

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub edib

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib. 

"Report" xəbər verir ki, autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"ı qəbul edib.

Görüşdən əvvəl hər iki komandanın ifasında Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə tədbir təşkil olunub. Lakin görüş heç də dostcasına keçməyib. "Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.

Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.

Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubir deyib.

Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub. "Sumqayıt" isə 17 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib. "Qəbələ" - "Sabah" matçında isə hesab açılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi