Yuxarı

"Qarabağ" səfərdə "Fiorentina"ya böyük hesabla məğlub olub - VİDEO

Azərbaycan komandası ilk hissədə azlıqda qalıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Ağdamın "Qarabağ" klubu səfərdə "Fiorentina"nın (İtaliya) qonağı olub.

"Report" xəbər verir ki, Azərbaycan komandası oyuna ilk dəqiqələrdən fəal başlasa da, sonradan üstünlüyü tədricən rəqibə verməyə başlayıb.

İtalyanların artan hücumlarından birinin qarşısını alan zaman isə Ağdam klubu azlıqda qalıb. Elvin Yunuszade 30-cu dəqiqədə qırmızı vərəqə görərək, meydandan qovulub. Bunun ardınca italyanlar hücumların kəsərini daha da artırıblar ki, bu da hesabda öz əksini tapıb. İlk hissə rəqibin 3:0-lıq qələbəsi ilə bitib.

İkinci hissədə vurulan daha 2 topa "Qarabağ" bir qol ilə qarşılıq verib və matç Ağdam klubunun 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qrupun digər oyununda PAOK "Slovan"ı 2:1 hesabı ilə məğlub edib.

Avropa Liqası, qrup oyunları, II tur

J qrupu

"Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

Qollar: Xuma əl-Babakar, 39 (1:0), Nikola Kaliniç, 43 (2:0), Xuma əl-Babakar, 45 (3:0), Mauro Sarate, 63 (4:0), Mauro Sarate, 78 (5:0), Dino Ndlovu, 90 (5:1) 

Qrupda vəziyyət: "Fiorentina" - 4, PAOK - 4, "Slovan" - 1, "Qarabağ" - 1

Qeyd edək ki, komandalar növbəti görüşünü oktyabrın 20-də keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi