Yuxarı

"Qarabağ" - "Rudar" matçının biletləri satışa çıxarılıb

Azərbaycan klubu azarkeşlərə müraciət edib

Bakı. 10 iyul. REPORT.AZ/ Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Rudar" (Monteneqro) oyununun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, bu gün saat 10:00-dan etibarən biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Bilətlərin qiyməti 1 - 11-ci və 18 - 27-ci sektorlara 1 manat, 12 - 17-ci, 29-cu və 38-ci sektorlara 2 manat, VİP sektora isə 20 manatdır.

"Qarabağ" bütün ictimaiyyətdən yalnız Respublika stadionunun kassalarından və holoqramlı bilet almağı xahiş edir: "Kassadan bilet almaqla "Qara bazar" imkanlarını məhdudlaşdırmış olarıq. Klub tərəfindən ayrılmış mühafizə xidmətinin əməkdaşları da satış müddətində Sizə yardım etmək üçün çalışacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi