"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb Oyun portuqaliyalı briqadaya tapşırılıb
Futbol
25 Sentyabr , 2017 13:09
Qarabağ - Roma matçının hakimləri açıqlanıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında "Qarabağ"la İtaliya "Roma"sı arasında keçiriləcək C qrupunun II tur matçına təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma portuqaliyalı hakimlər briqadasına həvalə olunub. 

Çempionlar Liqası, II tur

C qrupu

27 sentyabr

20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya)

Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya stadionu

Son xəbərlər

Orphus sistemi