Yuxarı

"Qarabağ" Qəbələyə təyyarə ilə gedəcək

"Qarabağ" Qəbələyə təyyarə ilə gedəcək
Ağdam təmsilçisi bu gün yola düşür

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Qarabağ" komandası səfərə təyyarə ilə yollanacaq. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağdam təmsilçisi bu gün saat 17:00-da Qəbələyə uçacaq.

Cəzalı Ağabala Ramazanovla zədəli Dani Kintananın "Qəbələ"yə qarşı forma geyinməyəcəyi dəqiqdir. Kapitan Rəşad Sadıqovun durumuna isə oyun saatında aydınlıq gələcək.

Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi