Yuxarı

"Qarabağ" - "Qəbələ" matçı qolsuz yekunlaşıb

"Qarabağ" - "Qəbələ" matçı qolsuz yekunlaşıb
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı heç-heçələrlə başlayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

"Report"un məlumatına görə, XV tura təsadüf edən 2018-ci ilin ilk oyununda "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə nəticələnib - 1:1. Hesabı 35-ci dəqiqədə qonaq komandadan Tural Axundov açıb. Bundan 4 dəqiqə sonra isə Vüsal İsgəndərli bərabərlik qolunu vurub.

Bu kollektivlər arasında ilk iki dövrədə baş tutan görüşlərdə meydan sahibləri qalib gəliblər (3:1, 1:2). Son 4 oyunda meydanı qolsuz tərk etməyən "Zirə” evdəki axırıncı 2 matçda qələbə qazanıb. Qəsəbə təmsilçisi çempionatdakı görüşlərin balansında da üstündür: 5 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət.

Günün digər matçı isə turun mərkəzi oyunu statusunu daşıyıb. Ötən mövsüm olduğu kimi cari çempionatda da qızıl medallar uğrunda mübarizə aparan "Qarabağ”la "Qəbələ” komandaları "Azərsun Arena”da qarşılaşıblar. Görüş qolsuz yekunlaşıb. Bununla da xallarını 38-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ" ilə 6 xallıq fərqi qoruyub.

Qeyd edək ki, tura fevralın 11-də keçiriləcək "Keşlə" - "Səbail" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. "Zirə” – "Sumqayıt” 1:1

Qollar: Vüsal İsgəndərli, 39 - Tural Axundov, 35

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

19:00. "Qarabağ” – "Qəbələ” 0:0

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

"Azersun Arena”

11 fevral (bazar)

15:00. "Keşlə” – "Səbail”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Fazil Mürşüdov

"İnter Arena”

17:30. "Neftçi” – "Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

"Bakcell Arena”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi