"Qarabağ" "Olimpiya" ilə səfər matçının canlı yayımını təşkil edəcək

"Qarabağ" "Olimpiya" ilə səfər matçının canlı yayımını təşkil edəcək Sloveniya tərəfi oyunun məhdud auditoriyada göstərilməsinə icazə verib
Futbol
11 İyul , 2018 12:01
Qarabağ Olimpiya ilə səfər matçının canlı yayımını təşkil edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə səfərdə keçirəcəyi ilk oyunun canlı yayımını təşkil edəcək.

Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovun “Report”a verdiyi məlumata görə, azarkeşlər matça klubun rəsmi saytı vasitəsi ilə baxa biləcəklər. Klub rəsmisi bildirib ki, yayım üçün “Olimpiya”dan icazə də alınıb. Lakin Sloveniya tərəfi oyunun məhdud formada göstərilməsinə icazə verib: "Bu səbəbdən, matçı “Dailymotion” üzərindən təqdim edəcəyik və yayımı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq. Rəsmi saytımızda görüşün linkini yerləşdirəcəyik”.

Qeyd edək ki, iyulun 11-də Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi