“Qarabağ” - “Neftçi” matçının biletləri sabah satışa çıxarılacaq
Futbol
- 14 sentyabr, 2019
- 11:31
Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
"Report" xəbər verir ki, qiyməti 1 manat təşkil edən biletləri sabah saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassasından əldə etmək olar.
Hazırda stadionun kassalarında UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam təmsilçisinin İspaniya “Sevilya”sı ilə görüşünün bilet satışı davam etdiyi üçün kassaların yalnız birində bu matçın biletləri satışa çıxarılacaq.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.
Son xəbərlər
10:56
DİN: Şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər bloklanıb
Hadisə10:56
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (2025)
Maliyyə10:55
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (2025)
Maliyyə10:52
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 87 nəfər deportasiya edilib
Region10:51
Zaur Əliyev: Yüksək qan təzyiqi ilə bağlı bəzi dərmanlar tibbi sığorta hesabına veriləcək
Sağlamlıq10:51
Azərbaycan valyuta ehtiyatları 85 milyard dolları keçib
Maliyyə10:49
ARDNF ötən il büdcə öhdəliyini tam icra edib
Maliyyə10:48
ARDNF ötən il "Şahdəniz"in işlənməsindən gəlirlərini açıqlayıb
Energetika10:47