"Qarabağ" komandasının Ukraynadan Bakıya dönüşü təxirə salınıb

"Qarabağ" komandasının Ukraynadan Bakıya dönüşü təxirə salınıb Poltava. 9 noyabr. REPORT.AZ/ Qarabağ komandasının Ukraynada Vorskla ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb.
Futbol
9 Noyabr , 2018 05:32
Qarabağ komandasının Ukraynadan Bakıya dönüşü təxirə salınıb

Poltava. 9 noyabr. REPORT.AZ/ "Qarabağ" komandasının Ukraynada "Vorskla" ilə keçirdiyi Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra Bakıya dönüşü təxirə salınıb.

"Report"un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu bu gün saat 12:00-da gerçəkləşəcək.

Səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olması göstərilib.

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi